10 oktyabr yanğınsöndürənlərin peşə bayramıdır

Bu gün onların günüdür.  10 Oktyabır Yanğın söndürənlərin peşə bayramı  günüdür. Bu gün hər kəs onların qəhrəmanlığından danışır.

 

Bu süjetimizdə   44 günlük  Vətən müharibəsində fövqəladə vəziyyətdə gördüyümüz o böyük ürəkli insanlardan, yanğın söndürənlərdən və xilas edicilərdən  danışacağıq.

 

 Hərbi döyüş meydanında Azərbaycan ordusu düşməni qorxuya salaraq geri çəkilməyə məcbur edirdi. Geri çəkilən düşmən isə dinc əhalinin yaşadığı yaşayış məntəqələrini Ağır artilleriyadan atəşə tuturdu.

 

 Müharibənin ən qızğın, ən ağır anlarında onları hər yerdə görmək mümkün idi.

 

 44 günlük vətən müharibəsində APA TV-nin Qarabağ bürosu olaraq nəinki, bir gün, 1 dəqiqə  belə ərazini tərk etmədik. Ermənilərin yaşayış məntəqələrinə atdığı hər bir raketin, top mərmisinin tüstüsünə, yaratdığı toz dumanın izi ilə gedib çəkiliş aparmağa çalışdıq.  Getdiyimiz hər yerdə onları görürdük. 

 

Top, raket mərmisi düşdükdən  sonra yanan evləri söndürən bu qəhrəmanlar idi. Onlar olmasaydı bəlkə də ermənilər öz arzusuna çatacaqdı… bəlkə də bir evə düşən mərminin yaratdığı yanğın  bir qəsəbənin, bir kəndin yanıb külə dönməsinə səbəb olacaqdı…

 

Onlar olmasaydı hansısa bir yaralı  dağıntı altında qalıb öləcəkdi. Onlar olmasaydı, kimlərsə öz meyitlərini bir də heç vaxt   tapmayacaqdı…

 

 Hazır vəziyyətdə gözləyən yanğınsöndürənlər  24 saat dayanmadan çalışırdılar.  Yorğunluq nədir bilmədən dinc sakinlərin köməyinə qaçırdılar.

 

Bu gün o qəhrəmanların peşə bayramıdır. biz həm bu gün üçün, həm də dünən üçün onları təbrik edir, bizi qoruduqları üçün təşəkkürümüzü bildiririk.

 

 

Müəllif | Apa.Tv
Apa.tv