10 rayonda şəhid ailələri və Qarabağ müharibəsi veteranlarına ev verilib

Göyçayda 8 şəhid ailəsi və Qarabağ müharibəsi veteranlarına ev verilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, icra başçısının müavini Zivər Zeynalova iştirak edib.

 

Qeyd edilib ki, bu gün 10 rayonda - Göyçay, Daşkəsən, Gədəbəy, Saatlı, Kürdəmir, Quba, Salyan, Şəmkir, Qazax, Ağdaşda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 28 yeni fərdi yaşayış evi təqdim olunub.

 

Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onların artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. İndiyədək isə Nazirlik tərəfindən 8451 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib. 

 

Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv