100 kənd qazlaşdırıldı, 50 kənddə işlər yekunlaşır

“Azəriqaz” İstehsalat Birliyidə növbəti “Açıq qapı” aksiyası keçirilib. Qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, sentyabr ayında 583-ü “Opentex” proqramından, 505-i isə elektron formada olmaqla, ümumilikdə 888 müraciət daxil olub. İbrahim Kərbalayev abonentlərin podraçı şirkətlərlə necə əlaqə saxlaya biləcəyini də açıqlayıb. "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov isə qeyd edib ki, qanunvericiliyə əsasən, icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyetlərinin qaz paylayıcıya qoşulması qadağan edilib: Şöbə rəisi vurğulayıb ki, 100-ə yaxın ərazidə qazlaşdırma işləri başa çatdırılıb. 50-yə yaxın kənd və yaşayış massivində isə işlər ilin sonuna qədər başa çatacaq. Sünbül Hüseynova APA TV

Müəllif | Apa.Tv
Apa.tv