12 nəfər yıxılaraq xəsarət aldı
Bu gün saat 11:30-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 12 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
APA TV-nin xəbərinə görə, onlardan 4-ü kişi, 8-i qadındır.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.