13 ailə Laçına yola düşdü

 

İşğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün Laçının daha 52 sakini öz doğma yurd-yuvasına qayıdıb. Günü-gündən gözəlləşən və abadlaşan Laçına köçəcək daha 13 ailə evlərinə qayıtmağın sevincini yaşayırlar. Onlar Qaradağ rayonunda yerləşən “Qobupark-3” yaşayış kompleksindən yola salınıb. Doğma şəhərlərinə yola salınan keçmiş məcburi köçkünlər, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Onu da qeyd edək ki, bu günə kimi Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib. LƏMAN SALEHOVA FARİZ QULUYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv