13 kq nəşəni satmaq istəyərkən tutuldu: evindən silah çıxdı - ƏMƏLİYYAT

Lənkəranda narkotik alverçisi iş başında yaxalanıb.

APA TV-nin Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Regional şöbəsinin əməkdaşları rayon sakini Şəyar Əskərovu saxlayıb.

O, 3 kq 255 qram marixuananı 7000 manata satmaq istəyərkən ələ keçib. Qurudulmuş narkotik vasitə onun “VAZ 21 074” markalı avtomobilindən tapılıb. Saxlanılan şəxsin yaşadığı evdən də əlavə olaraq 9 kq 265 qram qurudulmuş marixuana və 1 ədəd sənədsiz “İJ 58” markalı tüfəng götürülüb.

 

Şəyar Əskərov ifadəsində həyətində çətənə əkib-becərdiyini də etiraf edib.


Faktla bağlı araşdırma başlanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv