13 yaşlı məktəbli dəm qazından boğuldu - GƏNCƏDƏ

Gəncədə məktəbli dəm qazından boğularaq ölüb

 

APA TV xəbər verir ki, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb. Hamamda çimərkən 13 yaşlı Xəyal Əkbərovun vəziyyəti pisləşib.

 

O, yaxınları tərəfindən zəhərlənmə əlaməti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Xəyal Əkbərova lazımi tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv