13 yaşlı uşaq Ceyranbatan su kanalına düşdü – APA TV

Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" deyilən ərazisindən keçən hissəsində 13 yaşlı uşaq batıb. Ailənin verdiyi məlumata görə 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyev dostları ilə ərazidə velosiped sürməyə gedib. Valideynlər aidiyyatı qurumlardan uşağın tapılması üçün kömək istəyirlər.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb edilib. Uşağın axtarışları davam etdirilir.

Xədicə Səxavət

Müəllif | Apa.Tv
Apa.tv