131 nəfər COVID-19-a yoluxdu, 407 nəfər sağaldı, 7 nəfər vəfat etdi - STATİSTİKA
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 230066 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 222 960 nəfər müalicə olunaraq sağalıb, 3 126 nəfər vəfat edib, aktiv xəstə sayı 3980 nəfərdir.
Qeyd edək ki, ölkədə son sutka ərzində 7 244, hazırkı dövrədək isə 2 401 720 test aparılıb.