14 yaşlı oğlan qarpızdan zəhərləndi - TOVUZDA
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayon sakini, 2004-cü il təvəllüdlü Adil Abdullayev qarpızdan zəhərlənib.
Yaxınları yeniyetmənin evdə qarpız yedikdən 1 saat sonra vəziyyətinin pisləşdiyini deyiblər.
Valideynlərini onu Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb, hazırda vəziyyəti kafidir.