15 min dollarlıq antik əşyalar oğurlandı

Nərimanov rayonunda Məmməd Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv