15 yaşlı qızı kim qaçırdı?

Bakıda itkin düşmüş 15 yaşlı qızın evlənmək məqsədilə qaçırıldığı məlum olub.

 

APA TV-nin əldə etdiyi məlumata görə, Nizami rayon Polis İdarəsinə paytaxt sakini, 2007-ci il təvəllüdlü R. Hüseynovanın itkin düşməsi ilə bağlı yanvarın 17-də məlumat daxil olub.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində R. Hüseynovanın sevgi münasibətində olduğu Məhəmməd adlı şəxslə əvvəldən razılaşaraq evlənmək məqsədilə evdən qaçdığı müəyyən edilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv