15 yaşlı qızın köməyə EHTİYACI VAR

15 yaşlı İlhamə Nağızadə anadangəlmə talassemiya xəstəliyindən əziyyət çəkir. O, 2017-ci ildə Almaniyanın Tübingen şəhərində sümük iliyi transplantasiyası edilir. Bundan sonra yeni köçürülən iliyin bədənə uyğunlaşması üçün reabilitasiyaya başlayır. İndi isə ailənin bu reabilitasiyanı davam etdirməsi üçün maddi imkanı yoxdur. Əməliyyatı həyata keçirən Almaniyadakı klinika isə yeniyetmə qızı ildə 2 dəfə aparılmaqla 3 illik təcili müalicəyə çağırır.

 

Anası Günay Əsgərova deyir ki, qızımı tək böyütmüşəm. Heydər Əliyev Liseyində müəllim işləyən ananın indi müalicə xərclərini ödəməyə gücü çatmır. Bu günə kimi imkanlı şəxslərin köməyi və öz əmlakını sataraq övladının sağlamlığı üçün mübarizə aparan ananın indi yenidən köməyə ehtiyacı var.

 

Anası deyir ki, əgər bu müalicə davam etdirilməsə 15 yaşlı İlhamənin illərlə çəkdiyi əziyyəti hədər olar, xəstəliyi geri qayıdar. Həkimlərin qənaətinə görə müalicə vaxtı-vaxtında edilərsə, İlhamə  tezliklə sağalacaq.

 

İlhamə xəstəliyinə baxmayaraq oxuduğu məktəbdə əlaçılardan biridir. 3 dil-alman, ingilis və rus dillərində sərbəst danışa bilir. İndi bütün ümidləri yeganə övladı ilə bağlı olan tənha ananın bir arzusu var. Qızının müalicəsinin son mərhələsində ona yardım edilsin. İlhaməyə  kömək etmək istəyən şəxslər 4169737707064693 hesab nömrəsinə pul köçürə və ya 055-989-54-74 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 

AYTƏN SAKİTQIZI

KAMRAN NAMAZOV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv