150 illik balaban tapılaraq sahibinə qaytarıldı

Bir neçə gün əvvəl Prezident təqaüdçüsü balaban ifaçısı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Nicat Məsimov Səbail rayonunda yerləşən Xaqani bağında olan zaman içərisində qədim balaban alətləri olan çantasını itirib. Bundan sonra Nicat yaşı təxminən 100-150 il olan alətlərin tapılması üçün ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində Nicat Məsimovun çantasını tapan amma qaytarmaq üçün polis orqanlarına təhvil verməyərək özündə saxlayan şəxs qısa zamanda müəyyən edilib. Onun şəxsiyyəti dəqiqləşdirilib və balabanlar polislər tərəfindən qeyd edilən şəxsdən alınaraq balaban ifaçısına geri qaytarılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv