150 qram heroini 4000 manata satmaq istərkən tutuldu

Astarada narkotacir heroin satarkən tutulub.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Məstiyev 150 qram narkotik vasitə olan heroini 4000 manata satarkən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı əlavə olaraq ondan 504 qram heroin aşkarlanaraq götürülüb.

 

Araşdırmalar zamanı məlum olub ki, Teymur Məstiyev şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından əldə etdiyi və gizli yolla ölkə ərazisinə gətirdiyi 654 qram heroini Ələt-Astara yolunun kənarında xüsusi saxlanc yerində gizlədib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv