155 nəfər cərimələndi, 3 nəfər həbs olundu - SƏRT KARANTİN REJİMİNİN TƏLƏBLƏRİ POZULDU
Sumqayıt şəhərində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tələblərə əməl etməyən ümumilikdə 155 nəfər cərimələnib.
Bu barədə APA TV-nin yerli bürosuna Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, xüsusi karantin rejiminin tələblərini pozan 3 nəfər isə inzibati qaydada 15 sutkalıq həbs olunub.