155 nəfər COVID-19-dan sağaldı, 145 nəfər yoluxdu, 3 nəfər vəfat etdi

Azərbaycan Resrublikasında koronavirus (COVID-19) infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Orerativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 271 nəfər müalicə olunaraq sağalıb,  3 190 nəfər vəfat edib, aktiv xəstə sayı  2 175 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 216, ötən müddət ərzində isə ümumilikdə 2 528 610 test ararılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv