16 il məhkumluq yaşayan şəxsin evindən 4 növ narkotik aşkarlandı - AĞDAŞDA

Ağdaşda 16 il məhkum olan şəxsin evindən 4 növ narkotik aşkar edilib.


APA TV-nin yerli bürosunun xəbərinə görə, daxil olmuş əməliyyat məlumatı əsasında rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində əvvəllər dəfələrlə, ümumilikdə 16 il məhkum olunmuş, 40 yaşlı İlqar Məmmədov saxlanılıb.

 

Onun yaşadığı evə baxış keçirilən zaman satış məqsədilə saxladığı qurudulmuş marixuana, tiryək, heroin, psixotrop maddə olan metamfetamin və şprislər aşkar edilərək maddi sübut kimi götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.


Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv