17 yaşlı oğlanı kürəyindən bıçaqladılar - BAKIDA

Bakının Nizami rayonunda dava zamanı 17 yaşlı oğlan bıçaqlanıb.

 

APA TV xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. 2004-cü il təvəllüdlü Əliyev Adil Adəm oğlu naməlum şəxslərlə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, kürək nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Mir Çingiz Ağazadə

APA TV

Müəllif | Apa.Tv
Apa.tv