18 yaşlı gənci ildırım vurdu - SAMUXDA
Samuxda 18 yaşlı gənci ildırım vuraraq öldürüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hacallı kəndində, Sənan Həsənov otlaq sahəsində qoyun otararkən baş verib.
İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən hamısı müvazinətini itirərək yıxılıb.
Qeyd edək ki, dünyasını dəyişən 18 yaşlı yeniyetmə peşə məktəbində təhsil alırmış.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV