18 yaşlı iki qızı avtomobil vurdu - QAZAXDA
Qazaxda 2 piyadanın vurulması ilə nəticələnən qəza baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Şıxlı kəndi ərazisində qeydə alınıb.
18 yaşlı Gülnur Mirzəliyeva, yaşıdı Tamaşa Məmmədova ilə yolu keçmək istəyərkən "VAZ-21099" markalı avtomobil onları vurub.
Xəsarət alanlar dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirliblər.
Qızların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.