18 yaşlı qız ölümdən döndü - DƏM QAZINDAN ZƏHƏRLƏNMƏ

 

Gəncədə 18 yaşlı qız zəhərlənib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Şükürlü Mətanət Qalib qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan gəncin vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv