2 “Mercedes” toqquşdu: sürücülərdən biri qaçdı - GORANBOY

 

Goranboyda avtoqəza baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Nizami kəndi ərazisində qeydə alınıb.

İki “Mercedes” markalı minik maşını toqquşub. Nəqliyyat vasitələrindən birinin sürücüsü - 1972-ci il təvəllüdlü Hacıyev İlqar İmran oğlu və sərnişini - 1959-cu il təvəllüdlü Məmmədova Yasəmən Ənvər qızı xəsarət alıb.

Xəstəxanaya çatdırılan hər iki şəxsin vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, digər “Mercedes”in sürücüsü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv