2 nəfər saxlanıldı, 12 kiloqram uyuşdurucu götürüldü

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb, onlardan 12 kiloqram marixuana götürülüb.

 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Coşqun Rəfiyev şəhər ərazisində --saxlanılıb. O, narkotik vasitəni taksi ilə meşəlik əraziyə apararkən saxlanaraq şöbəyə gətirilib. Avtomobilə baxış zamanı yük yerindən 9 kiloqram marixuana aşkar edilərək götürülüb.

 

Bundan əlavə keçirilən digər bir tədbirlə daha 3 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb. Şübhəli qismində saxlanılan Zaman Cəfərovun rayonun Hindarx qəsəbəsindəki evinə baxış keçirilib. Bu zaman oradan 3 kiloqram marixuana aşkar edilərək götürülüb.

 

Hət iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv