Yola çıxan 2 fəhləni maşın vurdu: sürücü qaçdı - HACIQABULDA

Hacıqabulda 2 piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının  Meyniman və Muğan qəsəbələrindən keçən hissəsində qeydə alınıb. 

 Yaxınlıqdakı fermada işləyən və yolun hadisə baş verən hissəsinə çıxan 2 fəhləni avtomobil vurub. Qəzanı törədən sürücü aradan çıxıb. Hadisə şahidləri Hacıqabul rayonu Meyniman qəsəbə və Gəncə şəhər sakini 31 yaşlı Hikmət Elçin oğlu Heydərovu və 42 yaşlı Ramin Ramiz oğlu Məmmədovu "VAZ 2106" markalı avtomobilin vurduğunu deyir. Aşağı ətraflarında sınıq xəsarətləri alan fəhlələr Şirvan şəhər xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Sürücü və avtomobil axtarışa verilib.

Müəllif | Apa.Tv
Apa.tv