2 rayonu çapıb-talayan oğru dəstəsi ələ keçdi - BAKIDA ADAMLARI OLUB

 

Uzun müddətdir silsilə oğurluqlar edən dəstə ifşa olunub.

APA TV-nin qərb bürosunun məlumatına görə, dəstə üzvləri Şəmkirdə 7 evi, 1 mağazanı, Tovuz rayonunda isə 2 evi qarət edib.

Polis əməliyyatı ilə adı çəkilən cinayətlərdə iştirak etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - 34 yaşlı Babək Sadıqov, 31 yaşlı Fərid Torkiyev və Bakı şəhər sakini, 49 yaşlı Elba Əhmədov saxlanılıb.

Babək Sadıqov və Fərid Torkiyev müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlardan da oğurluqlar edərək, xeyli miqdarda qızıl-zinət əşyası və nağd pul da mənimsəyib. Sonradan həmin şəxslər qızıl-zinət əşyalarını Gəncə və Bakı şəhərlərində Elba Əhmədov vasitəsilə satdırıblar.

Saxlanılanlar pulları kef məclislərinə xərcləyib: “Gəzib, bağlı qapılar axatarırdım. Evlərə girib, oradan qızıl, pul oğurlayırdım. Qızılların bir qismini öz şəxsiyyət vəsiqəmlə Gəncə şəhərində, bir qismini isə dostum Etibar deyilən bir şəxsin əli ilə Bakı şəhərində satdırmışam”.

“Mən kənarda dururdum, Babək evlərə girirdi. Nə olsa, götürüb çıxırdı. Gəncədə satıb, pulunu bölürdük”.

Ələ keçən dəstə üzvləri barədə cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv