Atanın vəziyyəti ağırdır, oğlu öldü - BAKIDA DƏHŞƏTLİ QƏZA

Bakıda ölümlə nəticələnən avtoqəza baş verib.
 

APA TV-nin məlumatına görə, yol nəqliyyat hadisəsi Sabunçu rayonu ərazində - "Rahat" marketin qarşısında qeydə alınıb.


İslamov Soltanəli Güləli oğlu idarə etdiyi "KamAZ" markalı yük maşını ilə hərəkətdə olarkən, qarşıdan gələn, 1978-ci il təvəllüdlü Məmmədov Xəyyam Niyaz oğlunun idarə etdiyi "QAZel" markalı yük avtomobili yol nişanının tələbini pozaraq sola dönmə əməliyyatı etmək istəyib. Nəticədə "QAZel”ə çırpılan "KamAZ" onu bir neçə metr irəliyə sürüyüb.

Hadisə zamanı "QAZel" sürücüsü Xəyyam Məmmədov və oğlu - 23 yaşlı Namiq Məmmədov ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, lakin Namiq Məmmədov xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv