20 mənzili qarət edən iki dost saxlanılıb - ABŞERONDA

Abşeron rayonunda 20 mənzili qarət edən iki dost saxlanılıb.

APA TV-nin məlumatına görə, Abşeron Rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, Bərdə rayon sakinləri Elçin Mirzəyev və Vüsal Həsənov saxlanılıb.

Onlar Masazır kəndindən, “Qurtuluş” yaşayış massivindən və Mehdiabad qəsəbəsində ümumilikdə 20 evdən oğurluq ediblər. Mənzillərə daxil olan oğrular, oradan məişət əşyaları, su mühərriki,  təmir tikinti və elektrik avadanlıqları, eləcə də digər qiymətli əşyalar aparıblar.

Qeyd edək ki, saxlanılan Vüsal Həsənov ev ustasıdır və onu bu işə Elçin Mirzəyev təhrik edib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv