20 nəfər təxliyə olundu, 2 nəfər zəhərləndi

Fövqəladə Hallar Nazirliyi ötən sutka baş verən hadisələrlə bağlı məlumat yayıb.

 

FHN-dən APA TV-yə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib, yanğın zamanı 20 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib. Həmçinin, yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv