“20 Yanvar” metrosundakı ticarət mərkəzi fəaliyyətini bərpa etdi
Metronun “20 Yanvar” stansiyası ərazisindəki piyada keçidində fəaliyyət göstərən ticarət mərkəzi fəaliyyətini bərpa edib.
APA TV xəbər verir ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi müddətində iki aydır mağazalarını bağlayan satıcılar bu gündən satış işlərinə başlayıblar.
Ərazidə fəaliyyət göstərən geyim, ayaqqabı, telefon aksesuarları və bijuteriya satışını həyata keçirən mağazalar ara məsafəsinə də diqqət edirlər. Çəkiliş müddətində o qədər də müştəri sıxlığı müşahidə olunmasa da, gün ərzində alış-satış prosesi həyata keçirilir.