20 yaşlı şəhidimiz Göytəpə qəbiristanlığında torpağa tapşırılıb
Bu gün daha bir qəhrəman- Azərbaycan bayrağına bükülmüş şəhid Kəlbiyev İsa Rəhim oğlu dəfn edilib. APA-tv nin yerli bürosunun verdiyi xəbərə görə Vətən qarşısında son borcunu ləyaqətlə yerinə yetirərək şəhid olan 20 yaşlı əsgərlə doğulduğu Cəlilabad rayonunun Göytəpə şəhərində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdən sonra şəhid elə izdihamın çiyinlərində Göytəpə şəhər qəbiristanlığına aparılaraq Vətən torpağına tapşırılıb. Şəhid əsgərin tabutu üzərinə çəkilmiş 3 rəngli bayraq onun mübarizəsinin və qəhrəmanlığının son yadigarı olaraq atasına təhvil verilib. Azərbaycan Ordusunun əsgərinin məzarı üzərində yaylım atəşi açılıb. Sinxron: Rehim Kelbiyev sehidin atasi RƏHİM KƏLBİYEV ŞƏHİDİN ATASI Aiədə 4 övladın sonbeşiyi olan İsa hələ 2020-ci ilin 27 sentyabrında başlanan müharibədə iştirak üçün hərbi kommisarlığa müracət edibmiş, yaşı çatmadığından onun bu arzusu reallaşmayıb. İdmanın bir çox sahələrin ilə məşğul olan İsa sonradan hərbi xidmətə yollanaraq müqavilə ilə müddətdən də artıq xidmət keçib. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri İsa Kəlbiyev 2002-ci ilin 21 sentyabrında Cəlilabad rayonunun Göytəpə şəhərində doğulub. O, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatları nəticəsində şəhid olub.