İlin son Günəş tutulması başladı - AZƏRBAYCANDA GÖRÜNƏCƏK

2019-cu ilin son Günəş tutulması başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA TV-yə verilən məlumata görə, həlqəvari tutulma saat 06:30-da başlayıb 12:06-da başa çatacaq və Asiya, Avstraliya, Səudiyyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda müşahidə olunacaq.


Bakıda isə Günəş tutulmasını saat 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.

Müəllif | Apa.Tv
Apa.tv