2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
APA TV xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.