2023-cü ildə hansi iqtisadi nailiyyətlərimiz oldu? – APA TV

2023-cü il Azərbaycan iqtisadiyyatında yeni istiqamətləri müəyyənləşdirdi. İşğaldan azad olunmuş ərazilərimizin iqtisadiyyata inteqrasiyası daha da genişləndi, qeyri-neft sekorunda böyük artımlar qeydə alındı. Artıq 2023-cü ilin son günlərini yaşayırıq. Hər bir il kimi, bu il də həm uğurları, həm də uğursuzluqları ilə yadda qalacaq. 2023-cü il iqtisadi cəhətdən ölkəmiz üçün 2022-ci ildən bir az da yaxşı il oldu desək, yanılmarıq. Maraqlıdır iqtisadiyyatımız 2023-cü ili hansı önəmli hadisələrlə ili başa vurur?

Sadalayaq: İlin ilk ayı Prezidentin sərəncamı ilə minimum əməkhaqqı 15% artırılaraq 300 manatdan 345 manata yüksəldi. Fevralda minimum pensiya məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırıldı. Eyni zamanda müavinət və təqaüdlər də artırıldı. İlin ikinci ayında Dövlət Neft Şirkəti ilə Rumıniyanın “Romgaz” şirkəti 2023-2024-cü illərdə Azərbaycandan Rumıniyaya qaz tədarükü ilə bağlı müqavilə imzaladı. Mart-aprel aylarında iqtisadiyyatdakı artım tempi davam etdi Mayda istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5% çox oldu. Bu, o deməkdir ki, iki il yarımdan sonra inflyasiya göstəricisi yavaşlamağa başladı. İyul ayında Abşeron qaz kondensat yatağı istismara verildi.

Sentyabrda – ilk dəfə Fizuli şəhərində məskunlaşma həyata keçirildi. Oktyabrda – MDB məkanında ilk dəfə olaraq Azərbaycan, 6000-dən çox mütəxəssisin iştirakı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bununlada ölkəmiz kosmik sahədə fəaliyyətinin genişləndirilməsiylə bağlı yeni müqavilələrə imza atdı. Həmçinin, Azərbaycan tarixində ilk dəfə böyük gücə malik yaşıl enerji elektrik stansiyası - Qaradağ Günəş elektrik stansiyası istifadəyə verildi. Noyabr ayında– 2024-cü ildə qazın ixracı ilə bağlı Macarıstan və Serbiya ilə konvensiya müqavilələri imzalandı. Hərbçilərimizin əmək haqqlarının artırılması ilə də yadda qaldı. Dekabrda isə Ağdərə rayonunun yaradılması ilə bağlı Milli Məclis və prezident tərəfindən sənəd imzalandı. Qarabağ və Şərqi Zəngəzurda inzibati bölgüdə dəyişikliklər reallaşdırıldı. Sözügedən ərazinin bərpa yenidənqurma prosesi davam etdirildi.

Dövlət Neft Şirkəti Norveçin neft qaz nəhəngi “Equinor”un Azərbaycandakı bütün paylarını aldı. 2023-cü ilin 11 ayında 110 milyard 212 milyon 800 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ÜDM istehsal olunub ki, neft-qaz sektorunda əlavə dəyər 1,6% azaldığı halda, qeyri neft-qaz sahəsində 3,2% artıb.

“Baxmayaraq ki bir tərəfdən neft sektorunda azalma müşahidə olunurdu amma hədəflərə uyğun olaraq Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. Eyni zamanda qeyri neft sektorundakı artım da xüsusən imkan verdi ki neft sektorunda azalmalara baxmayaraq Azərbaycan iqtisadiyyatı 2023-cü ildə də inkişaf etsin, artsın və 1%lik artım da əsas driver hədəfləndiyi kimi qeyri neft sektoru oldu.” “Sosial müavinətlər, əməkhaqqı fondu, pensiya xərcləri davamlı olaraq artmaqdadır. Hesab edirəm ki, bu istiqamətdə görülən işləri də ölkəmizin bütövlükdə sosial və iqtisadi baxımdan 2023-cü ildə görülən işlər nöqteyi nəzərdən effektiv göstəriciləri kimi dəyərləndirmək mümkündür.” Cari ilin yanvar-noyabr aylarında ölkəmizdən 15 milyard 99 milyon 942 dollarlıq xam neft, 12 milyard 775 milyon 689 min dollarlıq təbii qaz ixrac olunub.

Ölkədənin maliyyə sektorundakı vəziyyətə gəlincə manat sabit qaldı. Tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 12,5%-i həcində profisit yarandı. İl ərzində valyuta hərraclarının 95%-də təklif tələbi üstələdi. Mərkəzi Bank valyuta bazarına müdaxilə edərək 1,4 milyard ABŞ dolları alıb . İşğaldan azad olunmuş ərazilərimizdə irihəcmli bərpa quruculuq işlərinin həyata keçirilməsi bütövlükdə iqtisadiyyatımıza təkan verdi. AYNUR QARA

Müəllif | Apa.Tv
Apa.tv