209 mini ötən və 8,7 min insanın canını alan - KORONAVİRUS

Dünyada koronavirusa yoluxanların sayı 209 min nəfəri ötüb, virusa yoluxan 8,7 min nəfərdən çox insan həyatını itirib.

APA TV-nin xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Sutka ərzində dünyada 16 min 556 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Virusa yoluxanlardan yalnız 58 nəfəri Çində olub. Beləliklə, hazırda dünyada 209 min 839 nəfər koronavirusa yoluxub.

Sutka ərzində koronavirusa yoluxan 828 nəfər ölüb və dünyada koronavirusdan həyatını itirənlərin sayı 8 min 778 nəfərə çatıb.

Müəllif | Apa.Tv
Apa.tv