21 yanğın hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyi ötən gün baş verən hadisələrlə bağlı məlumat yayıb.

 

FHN-dən APA TV-yə verilən xəbərə görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən tədbirlər nəticəsində 9 nəfər, o cümlədən Bakı şəhərinin Sabunçu rayonunda "Toyota" və “Land Rover” markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

 

Həmçinin, Bakı şəhərinin Yasamal rayonunda 83 yaşlı Arif Musayevin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv