22 baş qoyunu oğurlayan qardaşlar yaxalandı - ZAQATALADA

Zaqatalada qoyun oğruları tutulub.

APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kebeloba kənd sakini Şaban Carayev ona məxsus 4 min manata yaxın olan 22 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qoyunları oğurlayan şəxslərin Zaqatala rayon sakinləri Natiq və Sərxan Ramazanovlar olduqları müəyyən edilib.

Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər.

Keçirilmiş əməliyyat nəticəsində oğurladıqları heyvanlar həmin şəxslərdən götürülərək sahibinə geri qaytarılıb. 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv