22 yaşlı gənci bıçaqlayıb aradan çıxdılar - GƏNCƏDƏ
Gəncədə 22 yaşlı gənc bıçaqlanıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
1997-cü il təvəllüdlü Zalov Əli Əhməd oğlu kəsilmiş, deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirlib. Dərhal əməliyyat olunan şəxsin vəziyyəti kafi qiymətləndirilir.
Polis hadisəni törədən şəxs və ya şəxsləri axtarır.