22 yaşlı tələbə anasını bıçaqladı

Ağdamda oğul anasını bıçaqlayıb. APA xəbər verir ki, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb. Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi, 22 yaşlı Eltun Kərimov qısqanclıq zəminində Ağdam rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən anası, 45 yaşlı Elnurə Kərimovanı bıçaqlayıb. Yaralı rayon xəstəxanasına çatdırılıb. Onun vəziyyəti qənaətbəxşdir. Eltun Kərimov polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində cinayət işi başlanılaraq araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv