23 ədəd ağacı kəsdi və...
Qax rayonu Qazmalar kəndi ərazisində 23 ədəd qovaq ağacının naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək təbiətə ümumilikdə 27760 manat dəyərində maddi ziyanın vurulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qax rayon Polis Şöbəsinə məlumat daxil olub.
APA TV xəbər verir ki, daxil olmuş müraciət əsasında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində ağacları kəsən şəxsin İbaxlı kənd sakini Kamran Abdullayev olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təqdim olunub.
Araşdırma zamanı Kamran Abdullayevin həmin ağacları kəsərək özünə məxsus “QAZ-53” markalı yük avtomobili ilə daşıdığı və ayrı-ayrı şəxslərə satdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.