23 yaşlı qız burun əməliyyatı zamanı öldü - QAXDA FACİƏ

Qaxda 23 yaşlı qız burun əməliyyatı zamanı ölüb.

APA TV-nin məlumatına görə, hadisə rayon Mərkəzi Xəstəxanasında baş verib.

Balakən rayonunun Hənifə kənd sakini, bir azyaşlı övlad anası 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti qəflətən pisləşərək dünyasını dəyişib

Rəyisə Layıcovanın qayınatası Əlövsət Layıcov gəlininin ölümündə həkim məsuliyyətsizliyinin olduğunu deyir.

Faktla bağlı cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv