25 yaşlı qadın dəm qazından boğuldu
Ağstafa rayon sakini dəm qazından boğularaq ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Xılxına kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Hürnisə Məmmədəliyeva yaşadığı evdə dəm qazından boğulub.
Faktla bağlı cinayət işi başlanılıb.