2500 manatlıq işlər var, işçi tapılmır

Heç kəsə sirr deyil ki, ölkədə bir çox gənc universiteti bitirdikdən sonra ya öz ixtisası üzrə işləmir, ya da məcburiyyətdən günəmuz çalışırlar.

Maraqlı olan budur ki, eyni hala əksər ölkələrdə rast gəlinir.

 

Bir tərəfdə isə yüksək maaşla işçi axtaranlar var. Daha çox texniki bilgilər tələb edən yeni sektorlarda işçi çatışmazlığı ən başlıca problemdir. Çünki bu cür şirkətlərdə hər peşəkar işçi əlavə qazanc deməkdir.

 

Bəs konkretləşdirsək, bu sahələr hansılardı?


İş tapmaq üçün saytlara baxdıqda, ölkəmizdə 3 sektor üzrə ciddi kadr boşluğu olduğunu görürük. Bunlardan birincisi Sosial Media Menecerliyi peşəsidir ki, bir çox şirkətlər bu sektorda yaxşı işçinin az oluğunu deyirlər. Çünki işə qəbul olunan SMM onların istədiyi nəticəni verə bilmir.

Bəs görəsən
Sosial Media Marketinq işi tam olaraq nədir? Bu peşə ilə məşğul olmaq istəyən şəxslər hansı programları bilməlidir?

Mövzu ilə bağlı Sosial Media Meneceri Turan Şakirin sözlərinə görə,
Sosial Media Marketinq işi sosial şəbəkələrdə məhsulun satışının təşkil olunmasında onlayn satış marketinq metodudur. Bu hər hansı əşya, xidmət, məlumat və ya hər hansı bir şəxsin imici də ola bilər. Lakin bu sektorda maaşlar SMM-in peşakarlığına görə dəyişir. Bu sahədə yüksək maaş almaq üçün isə müəyyən proqramlar var ki, onlar öyrənilməlidir: ” “Premeri” bilməlidir, müəyyən qrafika dizaynlar var ki, bunları bildikdən sonra, hamısını eyni anda icra edə biləcək. Yani həm məhsulun, reklamın hazırlaycaq, nəfis şəkildə dizaynın hazırlayacaq, postun  üstünü yazacaq həm də, və sonda onun marketing tərəfi ilə də məşğul ola biləcək. Bu zaman bir neçə nəfərin işini bir nəfər gördüyü üçün, kifayət qədər maaş ala biləcək”.

Maraqlıdı, bəs görəsən
Sosial Media Marketinq işində qazanılan məbləğ nə qədərdir? Turan Şakir deyir ki, çox maaş istəyən, gərək çox proqram öyrənməklə özünü daim təkmilləşdirsin: “Minumum başlayır 300 manatdan, maksimum isə 2500 manat qədər maaşı yüksələ bilər”.

Turan Şakirin fikrincə, nə qədər ki, sosial şəbəkələr var, bu ixtisas üzrə daim kadr lazım olacaq. Bu peşəyə yiyələnmək üçün isə minumum 3 ay vaxt lazımdır. Özünü inkişaf etdirərək müəyyən proqramlar öyrəndikdən sonra isə daha yaxşı maaş ala bilər.

Kadr axtarışında olan digər sektor isə kodlaşdırma sahəsi üzrədir. İT (ayti) üzrə mütəxəsis Rəşad Əbdürəhmanov deyir ki, olduqca geniş sahə olan kodlaşdırma işində saytların yığılması üzrə kadrlara daha çox tələb var. Sayt yığılması işi isə 2 hissəyə bölünür: ” “Front” tərəfi saytın gördüyümüz hissəsidir, “back-end” tərəfi isə bunun arxada kodlaşdırma hissəsidir. “Back-end” tərəfi isə , çətin olduğu üçün bunun maaşı yüksəkdir”.


Mütəxəsis deyir ki, bu sektorda orta təhsilli tanışları var ki, kurslara 1 il getdikdən sonra 1500 manatdan çox maaşlı işlərdə çalışır. Lakin proyekt götürərək işləyənlər, daha çox məvacib alırlar: ”Bu sahədə minumum bilikli adam, 700-1500 arası maaşla başlaya bilər. Bəlkə ondan da aşağı olacaq, bunu dəqiq demək olmaz. Ən yüksək qazanclara gəldikdə isə, əgər həmin adam şəxsi işlər götürürsə, burada məbləğ yüksək ola bilər, əlli min, otuz min, hətta daha yüksək ola bilər”.

Şirkətlərdə ən çox ehtiyac duyulan işlərdən biri də qrafik dizaynerlikdir ki, orta təhsilli vətəndaşlar belə, kurslara gedərək 5-6 aya ixtisaslaşa və qısa müddətdə iş tapa bilərlər.

Sadalanan kurslar isə aylıq 100-250 manat ödəniş edilir.


Mütəxəssislər deyir ki, qısa müddətdə yüksək maaşlı iş tapmaq istəyən gənclər, bu ixtisası onlayn yolla da öyrənə bilərlər. Lakin istənilən halda praktik bilgilərin olması mütləqdir.
 
Semral Cavad
Kamran Namazov
APA TV


 

Müəllif | Apa.Tv
Apa.tv