26 saylı Sabunçu I Seçki Dairəsində "exit-poll" keçirilir
26 saylı Sabunçu I Seçki Dairəsinin məntəqələrində Milli Məclisə keçirilən seçkilərlə bağlı "AJF & Associates, İnc" tərəfindən "exit-poll" keçirilir.
APA TV-nin xəbərinə görə, beynəlxalq müşahidəçilərdən Hendriks Petr (Hollandiya) və Likaye Anne (ABŞ) Seçki Dairəsinin 22 saylı məntəqəsində səsvermə prosesini müşahidə ediblər.
Məntəqənin sədri Rüxsarə Əlizadə bildirib ki, 1489 nəfər seçicisi olan məntəqədə səsvermə prosesini ümumilikdə 15 yerli müşahidəçi izləyir.
Qeyd edək ki, "AJF & Associates, İnc" 26 saylı Sabunçu I Seçki Dairəsinin 15, 17 və 18 saylı məntəqələrində də "exit-poll" keçirir.