27 kq uyuşdurucu aşkar edildi

Polis əməkdaşlarının yanvarın 28-də və 29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN mətbuat xidmətindən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 13 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana, 4 kiloqram tiryək, həmçinin 325 qram metamfetamin və 1752 ədəd metadon və tramadol həbləri olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv