27 sentyabr anım, 10 noyabr isə zəfər günü kimi qeyd ediləcək – PREZİDENT SƏRƏNCAM İMZALADI
Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
APA TV-nin məlumatına görə, sərəncama əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Prezidentin imzaladığı digər sərəncamla hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunacaq.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.