27 yaşlı gənci yük qatarı vurub öldürdü - ŞƏMKİRDƏ

Şəmkirdə yük qatarı adam vurub.

APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə rayonunun Dəllər qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan qatar dəmir yoluna çıxan 1994-cü il təvəllüdlü Bəxtiyar Əlizadəni vurub. Bəxtiyar Əlizadə hadisə yerində vəfat edib.

Faktla bağlı Şəmkir rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Fuad Naizmoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv