28 gündə 12 min insan öldü: Bayden isə…

ABŞ prezidenti Co Bayden koronavirus pandemiyasının arxada qaldığını bildirib.

 

APA TV xəbər verir ki, bu barədə Bayden CBS telekanalına müsahibəsində bildirib.

 

“Pandemiya bitdi. Hələ də COVID-lə bağlı problemimiz var. Biz hələ də bəzi məsələlər üzərində işləyirik. Heç kim maska ​​taxmır. Görünür, hamı yaxşı vəziyyətdədir”, - deyə Bayden bildirib.

 

Onun bu açıqlaması Ağ Evin səhiyyə rəsmilərini təəccübləndirib.

 

ABŞ Prezident Administrasiyasının iki rəsmisi isə müsahibə çərçivəsində bu bəyanatın nəzərdə tutulmadığını qeyd edib.

 

Amerikanın Cons Hopkins Universitetinin məlumatına görə, son 28 gündə ABŞ-da 2 milyondan çox koronavirusa yoluxma faktı aşkarlanıb, 12 mindən çox insan ölüb.

 

Müəllif | Apa.Tv
Apa.tv