12:51 25 noyabr 2022 33
Ana səhifə Xəbərlər

28 uşağın hər birinin müalicəsi üçün 2 milyon manat tələb olunur - Elşad Mirbəşir

“Səhiyyə xərcləri üçün 1,9 milyard manat nəzərdə tutulub”.

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

 

Deputat bildirib ki, güzəştli müalicələrin nəzərdə tutulduğu xərclərdə Spinomuskular atrofiya (SMA) xəstələrinə diqqətin artırılmasına ehtiyac var: “Azərbaycanda da belə xəstələr var. Hökumət üzvləri bu məqama diqqət yetirsinlər. SMA xəstəlikli uşaqlar nəzarətə götürülsün. Onların ineksiya yolu ilə müalicəsi mümkündür. Azərbaycanda 28 belə xəstə uşaq var. Bu uşaqların hər birinin müalicəsi üçün 2 milyon manat tələb olunur”.

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın