28 yaşlı kişinin qulağını kəsdilər

Balakəndə bıçaqlanma hadisəsi baş verib.

 

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, Balakən şəhər sakini, 1994-cü il təvəllüdlü Samiddin Quliyev belin kəsilmiş-deşilmiş və qulağın kəsilmiş xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Ona lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisə ilə bağlı APA TV-nin sorğusuna DİN-nin Mətbuat Xidmətinin Şəki Regional qrupunun rəhbəri Mahir Məsimov münasibət bildirib.

 

Balakən Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv